"Fənərbaxça" Superliqada fırtına kimi əsir!

"Fənərbaxça" Superliqada fırtına kimi əsir!
Dünən Türkiyə Superliqasının ikinci turu çərçivəsində rəqib meydanında "Gaziantepspor"un qonağı olan İstanbulun "Fənərbaxça" futbol klubu, əzmkar oyun nümayiş etdirərək, 3:1 hesablı qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtlilər", qarşılaşmanın 28-ci dəqiqəsində Olcan Adının qolu ilə hesabda geri düşsə də, sonrakı dəqiqələrdə əsl Türkiyə çempionu olaraq yüksək oyun göstərərək oyunun taleyini öz xeyrinə dəyişə bilib.
Belə ki, 35 və 54-cü dəqiqələrdə kapitan Aleksin qolları ilə hesabı xeyrinə dəyişən "Fənərbaxça", sonrakı dəqiqələrdə də meydanda üstün tərəf olub. Qarşılaşmanın 80-ci dəqiqəsində kamerunlu ulduz futbolçu Bienveni hesabı "Fənərbaxça"nın xeyrinə 3:1-ə çatdırıb. Bununla da, əzmkar qələbəsi ilə "Fənərbaxça", ona qarşı olan ittihamları alt-üst edərək hazırda Türkiyə Superliqasının ən güclü və bacarıqlı futbol klubu olduğunu sübut etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə