Dünən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin \"Mançester Yunayted\" futbol klubu ilə 1:1-lik bərabərə qalan Portuqaliya \"Benfika\"sında, futbolçuların əhavl-rühuyyəsi göylə gedir. Portuqaliya klubunun ulduz futbolçusu Oskar Kardoza, qarşılaşmadan sonra Portuqaliya mətbuatına bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, dünənki qarşılaşmanın 24-cü dəqiqəsində \"qırmızı şeytanlar\"ın qapısına yol tapan \"Benfika\"nın ulduz futbolçusu, \"Mançester Yunayted\"in göstərildiyi kimi güclü və məğlubedilməz komanda olmadığını, cavab oyununda \"Old Trafford\"da \"qırmızı şeytanlar\"ı məğlub edəcəklərinə inandığını deyib. O.Kardoza, qrupdakı digər iki komandanı da məğlub edərək qrupdan çıxmaq üçün əla şanslarının olduğunu dilə gətirərək, elə ilk növbəti qarşılaşmadaca bunun öhdəsindən gəlməyə çalşacaqlarını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB