"Xəzər Lənkəran"la matçda Zaur Həşimov və Emin İmaməliyev oynamayacaq

"Xəzər Lənkəran"la matçda Zaur Həşimov və Emin İmaməliyev oynamayacaq
"Qarabağ" "Xəzər-Lənkəran"la oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytı xəbər verir ki, dünən Premyer Liqanın 5-ci turunda "Sumqayıt-Şəhər"in qonağı olan komanda istirahət etmədən sentyabrın 17-si baş tutacaq oyun üçün yenidən toplaşıb. Bu gün komanda Suraxanı qəsəbə stadionunda 16:30-da məşq keçəcək. Komanda ilə prinsipial matçöncəsi sadəcə 2 itki var. Zaur Həşimov və Emin İmaməliyevin oyunu buraxacağı dəqiqdir. Əvəzində Rəşad Sadiqovun cəzasının başa çatması üzləri güldürür. Kapitan liderə qarşı oyunda meydana çıxa biləcək.

Xatırladaq ki, cari mövsüm Ağdam təmsilçisinin "ev" oyunlarını keçirdiyi Quzanlı qəsəbə stadionu təmirə bağlandığı üçün "Xəzə Lənkəran"a qarşı oyun Suraxanıda Tofiq İsmayılov adına stadionda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə