İstanbulun "Beşiktaş" futbol klubunun 2011-2012-ci futbol mövsümündə transferlərə xərclədiyi pulun miqdarı məlum olub. Siasport.az saytı xəbər verir ki, son bir neçə il ərzində möhtəşəm transferləri ilə Avropada yaxşı mənada böyük təəcüb yaradan "qara qartal", sən demə bu mövsüm üçün transferlərə nə az, nə çox, düz 45 milyon 493 min avro xərcələməli olacaq. Ona görə ki, bura futbolçuların transferindən tutmuş qarşıdakı 4 il ərzində onlara ödənəcək əmək haqları da daxildir. Hazırda klubun maliyyə vəziyyəti və qarşıdakı 4 il ərzində futbolçulara ödənəcək əmək haqları ilə bağlı "Beşiktaş" rəhbərliyində ciddi müzakirələr aparılır. Türkiyə mətbuatı isə klubun prezidenti Yıldırım Dəmirörəni klubun pullarını havaya sovurmaqda ittiham edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB