Mahaçqalanın \"Anji\" futbol klubu, deyəsən çoxlu xəzinə tapıb. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, bütün dünyada səs-küy salan super transferlər reallaşdıran Rusiya klubu, təzəliklə yeni transfer bombası \"partlatmağa\" hazırlaşmazdı. Sən demə, İtaliyanın \"İnter\" futbol klubunun ulduz futbolçusu Samuel Etonun ardınca, Mahaçqala təmsilçisi indi də də İtaliya klubunun daha bir ulduz futbolçusunu \"gözaltı\" edib. İtaliya mətbuatının xəbərinə görə, adının gizli saxlanıldığı daha bir ulduz futbolçu yaxın günlərdə futbol həyatını \"Anji\"də davam etdirməyə çox yaxındır. Məlumata əsasən, artıq hər iki klub arasında bu barədə gizli razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB