\"Bursaspor\" futbol klubunun forvardı Volkan Şən, bundan sonra futbol həyatını \"Trabzonspor\"da davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, bu futbolçuya görə \"Bursaspor\"a 3,6 milyon avro pul ödəyəcək Trabzon şəhərinin komandası, futbol üzrə Türkiyə milli komandasının da üzvü olan gənc futbolçu ilə 4 illik müqavilə imzalayıb. \"Trabzonspor\"un vitse-prezidenti Nevzat şəkər bildirib ki, artıq bütün detallar razılaşdırılıb və onun komandası V.Şənə ildə 1,6 milyon avro maaş, əlavə də olaraq meydana çıxdığı hər oyuna görə 10 min avro ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB