Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, çempionatın ikinci günündə mübarizə aparan sərbəst güləşçilərimiz 1 qızıl medal qazanıb.
54 kq çəki dərəcəsində
çıxış edən azərbaycanlı güləşçi Sultan Nəsrullayev ardıcıl olaraq Ermənistan,
Rusiya, Gürcüstan və Hindistandan olan rəqiblərinə qalib gəlib və qızıl medal
qazanıb.
Qeyd edək ki, yeniyetmələrin dünya çempionatında başa çatan sərbəst güləş
yarışlarında güləşçilərimiz ümumilikdə, 1 qızıl və 2 bürünc medal qazanıb.
Ümumi komanda
hesabında Azərbaycan yığması 47 xalla 6-cı yeri tutub. Komandamızı Rusiya,
İran, Hindistan, Qazaxıstan və ABŞ yığmaları qabaqlayıb.
Yeniyetmələrin
dünya çempionatında bu gün və sabah yeniyetmə qızlar mübarizəyə qoşulacaq.
çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB