"Real"-da Joze Maurinyo əleyhdarları çoxalır...

"Real"-da Joze Maurinyo əleyhdarları çoxalır...

Dünən İspaniya Superkubokunu əzəli rəqibi "Barselona"ya uduzaraq əldən verən Madird "Real"ında, sözün əsl mənasında kritik saatlar yaşanır. Siasport.az saytı xəbər verir ki, artıq kral klubunun rəhbərliyi tərəfindən baş məşqçi Joze Maurinyoya qarşı ciddi etimadsızlıq və inamsızlıq yaranıb. İspaniyanın "Marça" qəzeti yazır ki, artıq "Real" rəhbərliyi bu mövsümdə də ciddi bir uğur qazanmayacağı və "Barselona"ya qalib gələ bilməyəcəyi göz qarşısında olan kral klubuna yeni mütəxəsss axtarışına qərar verib. İspan qəzetinin iddiasına görə, İspaniya Superkubokunu "Barselona"ya uduzandan sonra "Real" rəhbəliyində J.Maurinyonun baş məşqçi postunda qalmasına qarşı çıxanların sayı da çoxalır.

Bütün xəbərlər Facebook səhifəmizdə