Xəbər verdiyimiz kimi, Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyü qənaətbəxş vəziyyətdə olmadığına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan - Qazaxıstan oyununun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi üçün AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanmışdı. Siasport.az saytı xəbər verir ki, Avropa futbol qurumu tərəfindən AFFA-nın müraciəti müsbət cavablandırılıb. Beləliklə, Azərbaycan - Qazaxıstan oyunu sentyabrın 6-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB