Cüdoçularımız Ümumdünya Universiadasından 1 gümüş medalla vətənə dönürlər

Cüdoçularımız Ümumdünya Universiadasından 1 gümüş medalla vətənə dönürlər

Xəbər verdiyimiz kimi, 13-16 Avqust tarixlərində Çinin Şenjen şəhərində cüdo üzrə Tələbələrin 26-cı Ümumdünya Universiadası keçirilib. Judoonline.info-dan siasport.az saytına verilən məlumata görə, yarışların son günündə Rasim Əsədullayev (-60 kq) tatami üzərinə çıxıb.

Təssüff ki, Rasim Əsədullayev (-66 kq) ilk qarşılaşmasında qazaxstanlı idmançı Bakdaulet Sabitova məğlub olaraq mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, Ümumdünya yarışında ölkəmizi gənclərdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında ümümlikdə 5 cüdoçu - Rasim Əsədullayev (-60 kq), Rüstəm Orucov (-66kq), Alimli Rüstəm (-81kq), Ramin Qurbanov (-90kq) və Emil Tahirov (+100kq) təmsil edib.

Onlardan yalnız cüdoçumuz Rüstəm Alimli (-81kq) gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə