Borussiya "Dortmund"unu da məğlub edən tapıldı!

Borussiya "Dortmund"unu da məğlub edən tapıldı!
Axır ki, son Almaniya çempionu olan Borussiya "Dortmund"unu da büdrədən komanda tapıldı. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Almaniya Bundesliqasında növbəti turun oyunları keçirilib. Bu qarşılaşmalardan birində "Hiffenhaym"la üz-üzə gələn son Almaniya çempionu, qarşılaşmanı 0:1 hesablə məğlubiyyətlə tərk edib.
Keçən həftə məğlubiyyət acısı yaşayan "Bavariya" isə "Volfsburq"la görüşdə son dəqiqələrdə vurduğu qolla 3 xalıgüc-bəla ilə olsa da qazanmağı bacarıb. "Maynz" ikinci oyunda da qələbə qazanaraq, "Hannover"lə şərikli lider olub. Bu tur həm də "Şalke"nin darmadağını və "Bayer"in ilk qələbəsi ilk qələbəsi ilə yadda qalıb.

Bundesliqa, II tur

"Volfsburq" – "Bavariya" 0:1
Qol: Qustavo Lopes, 90

"Hoffenhaym" – "Borussiya" (Dortmund) 1:0
Qol: Sejad Salihoviç, 9

"Borussiya" (Münhenqaldbax) – "Ştutqart" 1:1
Qollar: Filip Dims, 67 – Kakau, 71

"Kayzerslauten" – "Auqsburq" 1:1
Qollar: İtay Şester, 80 – Saşa Mölders, 9

"Bayer" – "Verder" 1:0
Qol: Mixael Kadleç, 86

"Frayburq" – "Maynz" 1:2
Qollar: Papis Sisse, 90 – Marsel Rise, 64, Erik Çoupo-Motinq, 80

"Nürnberq" – "Hannover" 1:2
Qollar: Tomas Pekhart, 56 – Mohammed Abdelloue, 16, Konstantin Rauş, 27

"Hamburq" – "Herta" 2:2
Qollar: Mladen Petriç, 25, Heunq-Min Son, 62 – Tunay Torun, 43, Andre Miyatoviç, 88

"Şalke" – "Köln" 5:1
Qollar: Huntelaar, 42, 47, 84, Levis Holtbi, 48, Raul Qonzales, 59 – Lukas Padolski, 12

Bütün xəbərlər Facebook səhifəmizdə