Bu gün İspaniya Superkuboku uğrunda mübarizədə Madridin "Real" və "Barselona" futbol klubları arasında ilk qarşılaşma keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu gün axşam saat 00:1-də "Santyaqo Bernabeu" stadionunda başlayacaq ilk qarşılaşmanı, ən azı dünyanın 147 ölkəsində 500 milyon insan mavi ekran qarşısında izləyəcək.
Onsuz da keçən mövsüm əzəli rəqibindən ən acı məğlubiyyətləri alaraq milyonlarla azarkeşini pərişan edən kral klubu, bu gün daha çox qisas hissi ilə meydana çıxacaq. Bir sıra yeni transferlərinin bugünkü oyunda iştirak edib-etməyəcəyi sual qarşısında olan Madrid "Real"ında hər şey normal kimi görünür.
Belə ki, baş məşqçi Joze Maurinyo kifayət qədər nikbin danışaraq bu kuboku da başı üzərinə qaldıracağını açıqlayıb. "Barselona" da bu qarşılaşmaya tam hazırdır. Klubun rəsmi internet saytına açıqlama verən baş məşqçi Xose Qvardiola bildirib ki, onlar bu qarşılaşmaya sırf qələbə üçün meydana çıxacaqlar ki, öz meydanlarında keçirəcəkləri cavab oyununa üstin tərəf kimi yollansınlar. Xatırladaq ki, "Real" və "Barselona" arasında İspaniya Superkubokunun son qarşılaşması 1997-ci ildə keçirilib və həmin qarşılaşmaları 2:1 və 4:1 hesablı qələbələrlə başa vuran Madrid təmsilçisi İspaniya Superkubokuna sahib olub. "Barselona" isə bu kuboku son dəfə 2008-ci ildə başı üzərinə qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB