Baş katib İsveçrəyə gedib

Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması İsveçrədə təlim-məşq toplanışındadır. Siasport.az saytı zəbər verir ki, yığmamız bu gün Bakı vaxtı ilə saat 18:30-da, "Kolovre" stadionunda isveçrəli həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın üzvü olan milli assosiasiyaların baş katiblərinin iştirakı ilə keçiriləcək tədbirdə iştirak etmək üçün İsveçrənin Nyon şəhərinə gedib. Səfər çərçivəsində E.Məmmədov, həmçinin UEFA-nın baş katibi Gianni İnfantino, UEFA İcrayyə Komitəsinin üzvü, UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund və İsvecrə Futbol Federasiyasının baş katibi Aleks Mişer 17 yaşadək qızlardan ibarət Azərbaycan və İsveçrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu izləyəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə