"Arsenal" Samir Nəsrinin transfer qiymətini açıqladı!

"Arsenal" Samir Nəsrinin transfer qiymətini açıqladı!

İngiltərənin "Arsenal" futbol klubu ulduz futbolçusu Samir Nəsrinin transfer qiymətini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə ingilis mətbuatı "topçular"ın informasiya xidmətinə istinadən yazılar dərc etməyə başlayıb. "The Sun" xəbər verir ki, "Mançester Yunayted", "Çelsi" habelə "Portu" və "Valensiya"nın ciddi maraq dairəsəndə olan S.Nəsrinin transferi üçün "Arsenal" 22 milyon funt-sterlinq şərt qoyub. İstənilən futbol klubu bu məbləği ödədikdən sonra S.Nəsrini heyətingə görmək haqqında fikirləşə bilər. İngilis mətbuatı yazır ki, "Arsenal"da qalmaq istəmədiyini futbol üzrə Fransa milli komandasının baş məşqçisi Laurent Blanka da söyləyən S.Nəsri, "topçular"dan getməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə