Türkiyə Estoniyaya, Almaniya Braziliyaya 3 qol vurdu
Dünən futbol üzrə müxtəlif ölkələrin milli komandaları arasında bir sıra yoldaşlıq oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ən maraqlı məqamlar Almaniya və Braziliya yığmaları arasında keçirilən qarşılaşmada qeydə alınıb. Bundestim 9 il öncə finalda uduzduğu beşqat dünya çempionunu evdə yenə bilib. Türkiyə də evdə Estoniyaya 3 qol vursa da, almanlardan fərqli, öz qapısından top buraxmayıb. Qardaş ölkənin təmsilçisi ilk hissədə vurduğu qollarla böyük hesablı qələbəni əldə edib. 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərimizdən ikisi bir-biri ilə görüşüb. Portuqaliyanın Lüksemburq ilə ev oyunu gözlənilən darmadağınla nəticələnib. Rusiya öz meydanınmda Serbiyaya çətinliklə də olsa qalib gəlib.
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimiz
Qazaxıstan – Suriya - 1:1
Katriev, 70 - Nadim Sabagh, 64
Avstriya – Slovakiya - 1:2
Hoffer, 62 - Yuray Kutska, 21; Ej, 30
Türkiyə - Estoniya - 3:0
Əmrə Bələzoğlu, 6 (p); Kazım Kazım, 25; 34
Sloveniya – Belçika - 0:0
Almaniya – Braziliya - 3:2
Bastian Şvaynştayger, 61 (p); Mario Götze, 67; Andre Şörrle, 80 - Robinyo, 71 (p); Neymar, 90
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz
Rusiya – Serbiya - 1:0
Poqrebnyak, 53
Fil dişi sahili – İsrail - 4:3
Yaya Ture, 45, Konan Ya, 45, Kone, 68, Droqba, 83 - Şester, 76, Melikson, 80, 88
Şimali İrlandiya – Farer adaları - 4:0 (AÇ-2012-nin seçmə mərhələ oyunu)
Maykl Hyuz, 5; Deyvis, 66; Makkort, 71; 88
Portuqaliya - Lüksemburq - 5:0
Poştiqa, 23, Ronaldo, 43, Koentrao, 47, Almeyda, 58, 73
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB