Millinin Makedoniyaya məğlubiyyətindən sonra yenə həmişə olduğu kimi, köşə yazarları Berti Foqtsa "ürək sözlərini" yazacaqlar. Əslində onları qınamıram, əllərindən nə gəlir ki?! Berti Foqtsun "qonaq edildiyi" bu "ürəkaçıcı" fikirlər elə onun qurduğu oyun kimi, xoşagəlməz və bərbad olsa da, iksinin arasında təzad var. Foqts deyilən tənqidlərə layiqdir, ancaq Azərbaycan xalqı bərbad komandaya, bərbad oyuna baxmağa layiq deyil. Nə qədər yazarlar... Bu insan nə tənqiddən, nə də təhqirdən bezmir də.
Universitetdə alman dili fakültəsində oxuduğum üçün almanlarla çox maraqlanmışam, onları öyrənmişəm. Əslində Foqts elə tipik alman nüsxəsidir. Öz şəxsi həyatı üçün yaşayan, cəmiyyətin fikirlərini nəzərə almayan, öz istəyinə görə hərəkət edən bir alman...
Bir haşiyəyə çıxmaq istəyirəm. Bir dəfə kiçik dəyirmi masa arxasında gənc bir alman qızla birlikdə oturmuşduq. Masanın axasında sayılıb-seçilən professorlarımızdan da var idi. Dilçilik barədə müzakirələr edirdik. Qəfildən istidən şikayətlənən alman qız koftasını çıxararaq, demək olar ki, alt paltarında masanın arxasında əyləşdi. Nə isə... Birtəhər onu geyindirə bildik, azərbaycanlıların almanlardan fərqləndiyini başa saldıq. Ancaq bu Foqtsa bunu başa sala bilmirik ki, bilmirik. O qız da şəxsi rahatçılığı üçün əyini soyunmuşdu. Şəxsi rahaytçılığına görə, heç kimə məhəl qoymurdu. Foqts da eyni hərəkəti edir. Bu qədər azarkeşə, bərbad işinə məhəl qoymadan, Azərbaycanda kef edir.
Millimiz 2011-ci ildə 5-ci oyunun keçirdi. Bütün oyunlarda məğlubiyyət...
2011-ci il
9 fevral. YO. Dubay. Azərbaycan - Macarıstan 0:2
29 mart. AÇ. Brüssel. Belçika - Azərbaycan 4:1
3 iyun. AÇ. Astana. Qazaxıstan - Azərbaycan 2:1
7 iyun. AÇ. Bakı. Azərbaycan - Almaniya 1:3
10 avqust. YO. Bakı. Azərbaycan - Makedoniya 0:1
Məğlubiyyətlər komandasının məşqçisi, bir başını qaldır futboldan başqa növlərə də bax. Dövlətin diqqət və qayğısı, ayrılan vəsait, fəaliyyət, inkişaf və nəticələrə bax! Futbola göstərilən diqqət, xərclənən pullar demək olar, bütün növlərdən çoxdur. Hanı inkişaf, hanı nəticələr? Əslində gülməli fikirlər yazıram. Mətbuat konfransında aftafa təqdim olunan baş məşçi heç nəyi vecinə almırsa...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB