"Heç "Barselona" da gəlsə, bundan sonra mövsümün ortasında təklif qəbul etməyəcəm"

"Heç "Barselona" da gəlsə, bundan sonra mövsümün ortasında təklif qəbul etməyəcəm"

Rumuniya futbolunun əfsanələrindən olan Georgi Hagı, yenidən bir sıra açıqlamalar verərək gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, keçən mövsümdə İstanbulun "Qalatasaray" futbol klubundakı uğursuzluğa görə mart ayında baş məşqçi vəzifəsindən qovulan G.Hağı, bundan sonra mövsümün ortasında heç bir futbol klubunun təklifini qəbul etməyəcəyini açıqlayıb. O. keçən mövsüm yalnız "Qalatasaray"a görə prinsipinə zidd olaraq baş məşqçi təklifini qəbul etdiyini, onun qəlbində "Qalatasaray"ın tamam başqa yerinin olduğunu deyərək, heç "Barselona" da gəlsə mövsümün ortasında heç bir transfer təklifini qəbul etməyi düşünmədiyini jurnalistlərə bildirib. "Qalatasaray"ın hazırkı vəziyyəti ilə bağlı suala aydınlıq gətirən rumuniyalı futbol mütəxəssisi, Fatih Terimin baş məşqçiliyi altında "Qalatasaray"ın əvvəkli şöhrətini bərpa edəcəyinə inandığını da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə