İstanbulun "Beşiktaş" futbol klubu Hollandiyadakı son hazırlıq qarşılaşmasında Almaniyanın "Uerdingen" futbol klubunu 5:1 hesabı ilə darmadağın edib. Siasport.az saytı xəbər verir ki, "ağ qaralar", 14-cü dəqiqədə qapılarında qol görüblər. Almanların qoluna Kremer imza atıb. Bundan sonra özünə gələn "Beşiktaş", 27-ci dəqiqədə Qutinin, 40-cı, 51-ci və 87-ci dəqiqələrdə Quaresmanın və 88-ci dəqiqədə Veli Kavlakın qolları ilə 5:1 hesablı qələbə qazanaraq İstanbula dönür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB