"Mançester Yunayted" İngiltərə Superkubokunu muzeyinə apardı

"Mançester Yunayted" İngiltərə Superkubokunu muzeyinə apardı
Artıq İngiltərə Superkubokunun yeni sahibi məlumdur. Siasport.az saytı xəbər verir ki, Mançester şəhərinin və bütövlükdə İngiltərənin iki nəhəng futbol klubu olan "Mançester Yunayted" və "Mançester Siti" İngiltərə Superkuboku uğrunda mübarizə aparıblar. Olduqca gərgin və maraqlı anlarla zəngin olan qarşılaşmada qol hesabını "Mançester Siti" futbol klubunun futbolçuları açıblar. belə ki, qarşılaşmanın 38-ci dəqiqəsində ərəb şeyxlərinin futbol klubunun ispaniyalı forvardı Leskott əlinə düşən fürsəti dəyərləndirərək "qırmızı şytanlar"ı məyus edib, 1:0.
Amma çoxları bu qoldan sonra "Mançester Yunayted" futbolçularının irəli çıxaraq hücuma atılacaqlarını gözləsələr də, bu baş verməyib. Əvəzində ilk yarının sonlarında bosniyalı futbolçu Edin Dzeko rəqib torunu silkələyərək, hesabı "Mançester Siti"nin xeyrinə daha da artırıb,-2:0.
Yalnız ikinci hissə başlayan kimi İngiltərə çempionu özünə gəlməyə başlayıb. Belə ki, ikinci hissənin 52-ci dəqiqəsində "Mançester Yunayted"in gənc futbolçusu Smalling vurulan toplardan birinin əvəzini çıxıb, 1:2.
Hücumlarını daha da artıran "qırmızı şeytanlar", 58-ci və 94-cü dəqiqələrdə portuqaliyalı futbol ulduzu Naninin vurduğu iki qolla əzəli rəqibini 3:2 hesabı ilə üstələyərək İngiltərə Superkubokuna sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə