Kapitanlıq sarğısı əlindən alınan Lukaş Podolski "Köln"ü tərk edir!

Kapitanlıq sarğısı əlindən alınan Lukaş Podolski "Köln"ü tərk edir!

Almaniyanın "Köln" futbol klubunun yeni baş məşqçisi Stale Solbakken, klubda çox ciddi islahatlara başlayıb. Siasport.az saytı xəbər verir ki, keçən mövsümdə güc-bəla ilə Almaniya Bundesliqasında qalmağa nail olan "keçilər"in rəhbərliyi hər şeyə sıfırdan başlamaq istəyir. Yeni baş məşqçi isə, işinə ilk əvvək komandanın kapitanı ilə bağlı məsələdən başlayıb. Belə ki, S.Solbakken, "Köln"ün kapitanı olan Lukaş Podolskini bundan sonra kapitan kimi görmək istəmir. Artıq baş məşqçi kapitanlıq sarğısını "Köln"ün braziliyalı futbolçusu Pedro Geromelə həvalə edib. Almaniyanın məşhur "Bild" qəzeti yazır ki, yeni baş məşqçinin bu addımı L.Podolskinin üzüntüsünə səbəb olub. Alman qəzeti iddia edir ki, artıq futbol üzrə Almaniya millisinin polyak əsilli futbolçusu komanda ilə vidalaşmağa qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə