"Qalatasaray" Adebayoru 3 milyon avroya 1 illik icarəyə götürür

"Qalatasaray" Adebayoru 3 milyon avroya 1 illik icarəyə götürür
İstanbulun "Qalatasaray" futbol klubu İngiltərənin "Mançester Siti" futbol klubunda forma geyinən Emmanuel Adebayoru rənglərinə bağlamağa çox yaxındır. Siasport.az saytı xəbər verir ki, artıq heyətini gənc ulduzlarla gücləndirən ingilis klubu, yaşı ötmüş bir sıra futbolçularla yollarını ayırmaq istəyir. Bu mənada artıq 32 yaşına gəlmiş E.Adebayorun heyətdən uzaqlaşdırılması İstanbul klubu üçün əlavə şans kimi qiymətləndirilə bilər.
İstanbul klubunun əvvəlcə E.Adebayoru birdəfəlik transfer etmək üçün ingilis klubuna təklif etdiyi 8 milyon avronu rədd edən ərəb şeyxləri, sonradan "Qalatasaray"ın qaradərili futbolçunu 1 illik icarəyə götürmək barədəki təklifinə müsbət yanaşmağa başlayıblar. Türkiyə mətbuatı xəbər verir ki, artıq iki klub arasında konkret razılaşmanın əldə olunması barədə danışıqlar yekunlaşmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə