İngiltərənin "Atletiko Madrid" futbol klubunun argentinalı futbolçusu, həm də dünyanın canlı futbol əfsanələrindən sayılan Diyeqo Maradonanın kürəkəni olan Serxio Aguero futbol həyatını İngiltərənin "Mançester Siti" futbol klubunda davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə artıq futbolçunun özü məlumat verib. Neçə müddət idi ki, argentinalı futbolçunun ingilis klubuna transferi əsas müzakirə mövzusu idi. S.Agueranın Ərəb Şeyxlərinin klubu kimi tanınan "Mançester Siti"yə keçidini ingilis mətbuatı ona təklif edilən böyük həcmdəki transfer pulu ilə əlaqələndirirlər. Belə ki, ingilis klubu D.Maradonanın kürəkəninə nə az, nə çox, düz 40 milyon avro ödəyəcək. Futbolçu isə bildirib ki o "Mançester Siti"də futbol həyatını davam etdirməyindən çox məmnundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB