Artıq Amerika Kubokunun yeni sahibinin adı məlumdur. Siasport.az saytı xəbər verir ki, Kubokun finalında Paraqvay millisi ilə qarşılaşan Uruqvay komandası rəqibin qapısından 3 cavabsız top keçirərək Kuboku başı üzərinə qaldırıb. Qarşılaşmanın 12-ci dəqiqəsində "Liverpul"da forma geyinən Suares mükəmməl zərbə ilə topu tora qovuşdurub. Oyunun birinci hissəsinin son dəqiqlərində "Atletiko Madrid"in ulduz futbolçusu Diyeqo Forlan ikinci qolu vuraraq Uruqvayın üstünlüyünü 2:0 hesabına çatdırıb. İkinci hissədə Paraqvay yığmasının da oyununda canlanma hiss olunmağa başlanılıb. Uruqvaylıları küncə sıxmağa çalışan paraqvaylılar, buna baxmayaraq heç nəyə nail ola bilməyiblər. Bunun əvəzində D.Forlan yenidən rəqibini cəzalandırmağa imkan tapa bilib və komandasının 3:0 hesablı qələbəsini təmin edərək Uruqvaya yenidən Amerika Kubokunun sevincini yaşadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB