AFFA Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, AFFA-nın baş katibi əvvəlcə qurumun prezidenti Rövnəq Abdullayevin salamlarını çatdırıb. Daha sonra isə baş katib öz adından və təmsil etdiyi qurum adından qələm əhlini təbrik edərək deyib: " Əziz jurnalistlər məlumdur ki, XXI əsrdə cəmiyyət, idmanın bütün sahələri, eləcə də futbol mediasız yaşaya bilmir. Siz futbolun təbliği ilə yanaşı, eyni zamanda sağlam həyat tərzinin də təbliği ilə məşğulsunuz. Biz sizə öz işinizdə uğurlar arzulayırıq. Ümid edirik ki, futbol sahəsində istər əsas milli komandamız, istər qadınlardan ibarət komandamız, çimərlik və futzal komandalarımız qazandığı uğurlarla bizi sevindirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB