\"Xəzər Lənkəran\" Təl-Əvivin “Ben Qurion” hava limanında təzyiqlə üzləşib

\"Xəzər Lənkəran\" Təl-Əvivin “Ben Qurion” hava limanında təzyiqlə üzləşib
Avroliqanın II təsnifat mərhələsində "Makkabi" ilə səfər oyunu üçün Avstriyadan İsrailə yollanan "Xəzər Lənkəran", ilk problemlərlə elə hava limanındaca üzləşib. Siasport.az saytı xəbər verir ki, komandanı aparan təyyarə Təl-Əvivin "Ben Qurion" hava limanına gecə saat 03:00-da enib. Bundan xeyli sonra da komanda orada süni maneələrlə üzləşərək ləngiməli olub.
Belə ki, Təl-Əviv hava limanının əməkdaşları komandamızın üzvlərinə problemlər yaradaraq müxtəlif formalarda təzyiqlər göstəriblər. Əsasən legionerlərin qeydiyyatı məsələsində xırdalıqlara qədər gedən sərhədçilər bilərəkdən müxtəlif maneələr yaradıb, komandanı yubadıb, yersiz hərəkətlər ediblər. Uzun fasilədən sonra komanda qalacağı otelə yol ala bilib. //12cioyuncu.info

Bütün xəbərlər Facebook səhifəmizdə