"Kəpəz"ə daha bir legioner dəvət olunub. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Mehman Allahverdiyev uzun illərdi ölkəmizdə çıxış edən Abdulkader Kamaranı baxışa çağırıb. Siasport.az saytı xəbər verir ki, Kamara artıq klubun məşqlərində iştirak edir. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.
"Kəpəz"in sınaqdan keçirdiyi digər futbolçu da legionerdir. Adı açıqlanmayan həmin futbolçunun yalnız Ukraynadan gəldiyi məlumdur.
Qeyd edək ki, Abdulkader Kamara Azərbaycanda 2007-ci ildən çıxış edir. Bu müddətdə o, "Olimpik-Şüvəlan" (indiki AZAL) və "Qəbələ"nin şərəfini qoruyub. 29 yaşlı qvineyalı futbolçu Belçika vətəndaşıdır. Yarımmüdafiəçi əvvəllər "Vasko de Konakri", "Atletiko Qvineya", "Vitess", "Zuyd-Vest", "Serkl Brügge", "Beringen" və "Dessel Sport" klublarında çıxış edib. O, 2003-cü ildə "Serkl Brügge"nin heyətində Belçika çempionatının II divizionunun qalibi olub, 2003-cü ildə "Serkle Brügge", 2007-də isə "Dessel Sport"da mövsümün ən yaxşı oyunçusu seçilib. Əvvəllər Qvineya yığmasında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB