Kazım Elmander və Ujfalusun "Qalatasaray" üçün böyük qazanc olduqlarını düşünür
Avstriyada təlim-məşq prosesi keçən "Qalatasaray"da hər kəsin kefi kökdür. Siasport.az saytı xəbər verir ki, yeni baş məşqçi Fatih Terimin həm komanda üzvləri ilə münasibtlərindən, həm də hazırlıq prosesindən məmnun olan futbolçular, eyni zamanda bir-birləri haqqında da müsbət fikirlərini türk mətbuatından gizlətmirlər.
Belə ki, "Qalatasaray"ın və futbol üzrə Türkiyə milli komandasının futbolçusu olan Kazım, yeni transferlərdən Johan Elmander və Ujfalusun "Qalatasaray" üçün böyük qazanc olduğunu deyərək, yeni mövsümdə bu futbolçuların böyük nəticələrə imza atacaqlarını və "Qalatasaray"a böyük ölçüdə fayda verə biləcəklərini diqqətə çatdırıb. O, eyni zamanda İstanbul klubundakı gənc futbolçuların da belə ulduz futbolçulardan çox şey öyrənməli olduqlarını açıqlayıb. Kazım, F.Terimlə yenu uğurlara imza atacaqlarını deyərək, qarşıdakı mövsümdən tamam başqa bir "Qalatasaray"ın meydana çıxacağını fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB