Nuri Şahin \"Barselona\"ya \"sataşdı\"...

Nuri Şahin \"Barselona\"ya \"sataşdı\"...
İspaniyanın \"Real Madrid\" futbol klubunun türk əsilli futbolçusu Nuri Şahin, kral klubunun əzəli rəqibi olan \"Barselona\"ya \"sataşıb.\"  Siasport.az saytı xəbər verir ki, N.Şahin \"Barselona\"nın hazırda ən yaxşı futbol klubu olduğunu deməklə yanaşı, eyni zamanda \"Real\"ın da dünyanın ən reytinqli futbol klubu olduğunu dilə gətirib. Türk əsilli futbolçu bildirib ki, \"Barselona\" son bir neçə il ərzində uğurlu inkişaf qrafiki seçsə də, ondan fərqli olaraq La Liqadakı və UEFA Çempionlar Liqasındakı uğursuzluğa baxmayaraq \"Real Madird\" bütün zamanların komandasıdır. N.Şahin baş məşqçi Joze Maurinyonun onu orta sahədə oynatmaq istədiyini dilə gətirərək, bütün bacarığını komandasının qələbələri üçün və baş məşqçinin ona olan etimadını doğrultmaq üçün sərf edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə