Dünən "Neftçi"nin Avstryadakı təlim-məşq toplanışı zamanı keçirdiyi ikinci yoxlama oyunu canlı yayımla azarkeşlərə təqdim olunmalı idi. Siasport.az saytı xəbər verir ki, "Neftçi" - "Timişoara" qarşılaşmasının əvvəlcədən planlaşdırılıb "İdman Azərbaycan" kanalında proqramına salınsa da, matç canlı yayımlana bilmədi. Bununla bağlı "İdman Azərbaycan" kanalının direktoru Elsevər Dünyamalıyev fanat.az-a açıqlama verib: "Həmin oyunun kordinatını düz vermədilər. 3 formatda verdilər. Biz onların sputnikini görə bilmirdik. Oyundan əvvəl də dedik ki, imkan varsa "Turksat"a çevirsinlər, yaxud başqa varintdan istifadə edək. Bizlik heç bir problem yox idi. Mən proqramda yer də ayırtmışdım, bütün heyət də hazır idi. Sadəcə onlar düzgün kordinatlar göndərə bilmədilər. Onların göndərdiyi kordinatları biz görə bilmədik. Yəni onlar 1 və 3-cü dərəcəyə qaldıra bilmədilər. Onlar 2 ilə verdilər, onu da biz görmədik. Hərənin öz seçimi olur da. Məsələn biz "Türksat"la - 7-10-cu dərəcəylə işləyirik. Onlara bildirdik ki, imkan varsa, kordinatları "Türksat"a keçirtsinlər. Onlar da dedilər ki, çatdıra bilmirik. Biz nə qədər gözlədik ki, bəlkə oyunun 15-20-ci dəqiqəsində qoşularıq. Amma onlar siqnalları sputnikə biz gördüyümüz kordinatlara qaldıra bilmədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB