Eşqin Quliyev: "Abşeron"un dağılmasından xəbərim yox idi"-AÇIQLAMA

Eşqin Quliyev: "Abşeron"un dağılmasından xəbərim yox idi"-AÇIQLAMA

"Komandamın dağılmasından xəbərim yox idi". Siasport.az saytı xəbər verir ki, bu sözləri fanat.az-a açıqlamasında ötən mövsüm icarə əsasında "Abşeron"da çıxış edən Eşqin Quliyev deyib.

Azərbaycandan kənarda olduğunu deyən futbolçu "Abşeron"un dağılmasını vətənə dönəndən sonra bilib: "Gürcüstanda idim. Bakıya qayıdandan sonra mənə bu xəbəri komanda yoldaşlarım dedi. Sponsorun komandadan imtinasından xəbərim yoxdur".

Eşqin karyerasını harda davam etdirəcəyini hələ bilmir: "İndi harada oynayacağımı deyə bilmərəm. "Abşeron"la müqavimləm olduğundan başqa klublardan təklif gəlməmişdi. Hazırda "Neftçi"yə məxsusam. Amma "Neftçi" artıq öz planlarını qurub. İnşallah hər şey yaxşı olacaq. Sadəcə səbr etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə