Fatih Terim Arda Turanın "Çelsi"yə transfer olunmasına qarşıdır!

Fatih Terim Arda Turanın "Çelsi"yə transfer olunmasına qarşıdır!

Istanbulun "Qalatasaray" futbol klubu transfer məsələlərini həll edə bilməsə də, əvəzində İngiltərənin "Çelsi" futbol klubundan İstanbul klubunun 24 yaşlı kapitanı Arda Turanın transferi ilə bağlı faks alıb. Siasport.az saytı xəbər verir ki, İngiltərənin və dünyanın ən reytinqli klublarından sayılan "zadəganlar", A.Turanı transfer etmək istəyirlər. Artıq Türkiyə mətbuatı bu transfer məsələsini qızğın şəkildə müzakirə edir. Əsasən də, "Çelsi"nin bu transfer təklifinin futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Quss Hiddinqin "başının altından" çıxması barədə fikirlər səsləndirilməkdədir. Amma "Qalatasaray"ın baş məşqçisi Fatih Terim A.Turanın "Çelsi"yə transfer olunmasına qarşıdır. Belə ki, bu  məsələdən dərhal sonra rəhbərliklə bir araya gələn F.Terim, məhz A.Turan faktoru üzərində komanda qurmaq istədiyini, o gedərsə planların da dəyişəcəyi barədə "Qalatasaray" rəhbərliyini xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə