Ünal Aysal 6 saata 3 ulduz futbolçunu transfer etdi, bütün İspaniyanı şoka saldı!

Ünal Aysal 6 saata 3 ulduz futbolçunu transfer etdi, bütün İspaniyanı şoka saldı!

İstanbulun "Qalatasaray" futbol klubu, bəlkə də Türkiyənin futbol tarixində ən sensasiyalı bir transferə imza atmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, dünən gecə İstanbul klubunun prezidenti Ünal Aysalın qəflətən İspaniyaya yollanaraq Madriddə 6 saat ərzində 3 ulduz futbolçunun transferini həll etməsi, həqiqətən də bacarıqlı işdir. "Atletiko Madrid"lə danışıqlar aparan Ü.Aysal və "Qalatasaray" rəhbərliyi, İspaniya təmsilçisinin bütün Avropada tanınan və böyük klubların transfer siyahısında başda gələn Diyeqo Forlan, Joze Antoni Reyes və Tomas Ujfakus kimi futbolçularını de fakto heyətinə qatıb. İstanbul klubunun prezidenti, artıq həm "Atletiko Madrid"lə, həm də hər üç futbolçu ilə razılığa gəldiklərini deyərək, qarşıdakı 3-4 gün ərzində rəsmi açıqlama ilə çıxış edəcəklərini açıqlayıb. Artıq bütün İspaniya mətbuatı, bu şok transfer əməliyyatı barədə yazır. İspaniyalı həmkarlarımız hesab edirlər ki, "Atletiko Madrid"in 3 ulduz futbolçusunu 6 saatlıq danışıqlarla transfer etməyin arxasında bizə qaranlıq olan ciddi məsələlər dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə