"Neftçi"də daha bir futbolçunun doğum günü qeyd edildi

"Neftçi"də daha bir futbolçunun doğum günü qeyd edildi
"Neftçi" PFK Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri UEFA Çempionlar Liqasına hazırlığı gündə iki dəfə məşq keçməklə sürdürürlər. Yeri gəlmişkən, flaqmanın gənc və istedadlı qapıçısı Elçin Sadıqovun 22 yaşı tamam olub. "Neftçi" PFK-nın rəhbərliyi ənənəyə sadiq qalaraq, bütün komanda üzvlərinə olduğu kimi, qolkiperin də ad gününü qeyd edib. Bu münasibətlə "Neftçi" PFK-nın rəhbərliyi, məşqçilər korpusu və futbolçularının iştirakı ilə tədbir keçirilib. Vitse-prezident Tahir Süleymanov və baş məşqçi Arif Əsədov Elçin Sadıqovu təbrik edib, ona şəxsi həyatında və futbolçu karyerasında uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə