Yıldırım Dəmirörən şənbə günü biznes ortağı Ronaldonu İstanbula gətirir!
İstanbulun "Beşiktaş" futbol klubunun prezdenti Yıldırım Dəmirörən daha bir futbol "bombası partlatmağa" hazırlaşır. Siasport.az saytı xəbər verir ki, son bir il ərzində Avropada ulduz futbolçuların mahir "ovçusu" kimi ad şıxaran "qara qartal"ların prezidenti, indi də özünün biznes ortağı olan və dünyanın ən məşhur futbolçusu sayılan portuqaliyalı Kriştiyano Ronaldonu şənbə günü İstanbula gətirməyə hazırlaşır. Artıq Türkiyədə təkcə "Beşiktaş" azarkeşləri deyil, qardaş ölkənin bütün futbol azarkeşləri həyəcanlı günlər yaşayırlar. Türkiyə mətbuatının xəbərinə əsasən, K.Ronaldo "Yıldırım Ticarət Kompleks"ində reklam proqramında iştirak edəcək, futbol azarkeşlərinə imzalı aftoqraflar paylayacaq. Daha sonra K.Ronaldo Y.Dəmirörənin şəxsi yaxtası ilə Bodruma yollanaraq bir həftəlik istirahət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB