İstanbulun \"Fənərbaxça\" futbol klubu, daha bir futbolçusu Semih Şentürklə nəhayət ki, 3 illik müqavilə imzalayaraq bütün söz-söhbətlərə son qoydu. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir ki, \"Fənərbaxça\"dan gedəcəyi ilə bağlı Türkiyə mətbuatında ardıcıl yazılar dərc olunan Türkiyə milli komandasının futbolçusu S.Şentürk bundan sonra artıq daha 3 il İstanbul klubunun formasını geyinəcək. Xatırladaq ki, 28 yaşlı futbolçu artıq düz 10 ildir ki, \"Fənərbaxça\"nın heyətində çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB