İngiltərə futbolunun parlaq isimlərindən olan Devid Bekhem, yenidən futbol üzrə İngiltərə milli komandasında forma geymək istəyir. Siasport.az saytı xəbər verir ki, bu barədə məşhur futbolçunun özü ingilis mətbuatına açıqlamasında deyib. Hazırda 37 yaşının olmasına baxmayaraq, özünü hələ də 21 yaşındakı kimi hiss etdiyni deyən ulduz futbolçu, 2012-ci ildə keçiriləcək Olimpiya Oyunlarında İngiltərə milli komandasının heyətində meydana çıxmaq istədiyini dilə gətirib. Xatırladaq ki, D.Bekhem, futbol üzrə İngiltərə yığmasının heyətində 115 oyun keçirib və milli komandadakı koryerasına 2009-cu ildə son verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB