Qazaxıstan yığması Tacikistan millisini məğlub etdi

Qazaxıstan yığması Tacikistan millisini məğlub etdi

Bakıda təşkil olunmuş Caspian Cup beynəlxalq turnirində Qazaxıstan yığması Tacikistan millisini məğlub etdi. Siasport.az saytı oyun barədə məlumatları nəzərinizə çatdırır:


Caspian Cup beynəlxalq turniri


Qazaxıstan - Tacikistan 2:1


14 iyun 2011-ci il. Saat 10:00. Bakı. "Dalğa Arena"

Baş hakim: Əhmədov Ramil

Baş hakimin köməkçiləri: Əliyev Nahid, Quliyev Ruslan

Dördüncü hakim: Məmmədov İnqilab

Hakim-inspektor: HaşımovSəfər

AFFA nümayəndəsi: Abdullayev Oqtay

Sarı vərəqələr:A.Aimbetov, 50, K.Taypov, 80 // X.Samandari, 15, N.Mamatkulov, 39, R.Yokubov, 52, A.Jurayev, 64

Qollar:A.Jurayev, 3 - a/q, A.Aimbetov, 37 // K.Tursunov, 80 - pen.


Qazaxıstan: 1. Mixail Qolubniçni, 2. Zoşnixan Kanatov, 3. Dmitri Moiseyev (13. Adilet Kudoybergen, 41), 4. Madiyar Nurali, 5. Kassumjan Taypov (k), 6. Anuar Jagippar, 7. Vladimir Vomenko, 9. Vladislav Morozov (14. Matvey Matviyenko, 40), 11. Rafael Aliyev (10. Alişer Suley, 50), 12. İvan Antipov (16. Oleq Lebedov, 68), 17. Abat Aimbetov (8. Boris Donçenko, 68)

Ehtiyat oyunçular:15. Kassum Şaymurat, 18. Vladislav Frolov

Məşqçi:Nikolay Stoyakin

Tacikistan: 1. Dilşod Dodoboyev, 2.Xayriddin Samandari, 3. Alişer Jurayev, 4. Akbarson Nosirov, 18. Xotam Alişeri, (17. Rahmatulla Yokubov, 36), 6. Cahongir Aliyev, 7. Marmar Zoirov (k), 14. Vaysiddin Saparov, 15. Bobomirzo Berotov, 20. Siyovuş Mukşin (11. Komron Tursunov, 41), 22. Nasimson Mamatkulov (10. Huseyn Yakubov, 69)

Ehtiyat oyunçular:16.Muradulla Saido, 12. Akbar Bobomurodov, 19. Vmedson Qadirov, 27. Nekruz Davlatov

Baş məşqçi:Numonson Yusupov


Məşqçi fikirləri

Nikolay Stoyakin (Qazaxıstan U-17 yığmasının məşqçisi): "Çox istəkli oynadıq. Qələbə qazanmaq üçün maksimum gücümüzü sərf etdik. Daha çox qol epizodu yaratsaq da, hamısından yararlana bilmədik. Oyunun sonu daha sakit keçə bilərdi. Lakin qol buraxdığımız üçün həyəcanlanmalı olduq. Qələbə qazandığımıza görə sevinirik".


Numonson Yusupov (Tacikistan U-17 yığmasının baş məşqçisi): "Əvvəlki oyunlarla müqayisədə daha yaxşı oynadıq. Daha az səhvə yol verən komanda qələbə qazandı. Təəssüf ki, biz rəqibimizdən daha çox səhv etdik. Hiss olunur ki, komandamız oyundan-oyuna inkişaf edir. İlk dəfə beynəlxalq turnirdə iştirak etdiyimizdən uşaqlar psixoloji baxımdan çətinlik çəkir".


Bütün xəbərlər Facebook səhifəmizdə