Sərbəst güləşçilərimiz Gürcüstanda 1 qızıl və 1 bürünc medal qazanıblar
Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə V.Balavadze və G.Kartozia adına Qızıl Qran-Pri turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə sərbəst güləş yığmamızın bəzi üzvləri iştirak edib.
Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçi Firdovsi Umudov və gənclərdən ibarət yığmanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə 8 idmançımız yollanmışdı. Təmsilçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar. Güləşçilərimizdən Ağahüseyn Mustafayev (60 kq) qızıl, Ümid Məmmədov (60 kq) bürünc medala sahib olub.
Hakimlər korpusunda ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB