İspaniyanın "Real Madrid" futbol klubu, portuqaliyalı baş məşqçisi Joze Maurinyonun UEFA tərəfindən 5 oyunluq cəzalandırılması ilə bağlı qərarından, bu ali qurumun apellyasiya komitəsinə etiraz məktubu göndərib. Siasport.az saytı xəbər verir ki, J.Maurinyo, "Real"ın UEFA Çempionlar Liqasının yarımfinal mərəhələsi çərçivəsində, aprelin 27-də əzəli rəqibi "Barselona" ilə doğma meydanda keçirdiyi qarşılaşmadan sonra, baş hakimi katalon klubuna xidmət etməkdə ittiham etmişdi. Amma o vaxt bununla da dilini dinc saxlamağı düşünməyən J.Maurinyo, bu azmış kimi UEFA rəhbərliyinin də bir sıra qaranlıq məsələlərlə məşğul olduğunu dilə gətirmişdi. Qoçaq UEFA da eləmə tənbəllik, J.Maurinyoya 3 oyunluq cəzanı kəs. İndi "Real" klubu, onun cəzasının yüngülləşdirilməsi ilə bağlı UEFA-ya minnətçi düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB