"Neftçi" "Metallurq" klubu ilə yoldaşlıq oyunu keçirə bilər

"Neftçi" "Metallurq" klubu ilə yoldaşlıq oyunu keçirə bilər
Bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanacaq "Neftçi" Ukraynanın "Metallurq" klubu ilə yoldaşlıq oyunu keçirə bilər. Siasport.az saytı xəbər verir ki, artıq Azərbaycan çempionu Zaporoje təmsilçisinə rəsmi təklif göndərib. "Neftçi" ukraynalılarla iyunun 22-də qarşılaşmaq istəyir. Hazırda klub rəhbərlikləri arasında danışıqlar aparılır.

Qeyd edək ki, "Neftçi"nin Türkiyə toplanışı iyunun 22-də başa çatacaq. Növbəti toplanış isə Avstriyada olacaq. Avstriyada üç sınaq matçı keçirəcək komanda iyunun 28-i, iyulun 1 və 4-də meydana çıxacaq. Rəqiblər isə hələ bəlii deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə