ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək.
SİA xəbər verir ki, Kot d`İvuar millisi Norveç yığması ilə qarşılaşacaq. “AT&T” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
DÇ-2026-da 1/16 finalın digər iki oyunu iyunun 30-dan iyulun 1-nə keçən gecə təşkil olunacaq. Bakı vaxtı ilə saat 01:00-da Fransa İsveçlə, 05:00-da isə Meksika Ekvadorla üz-üzə gələcək.
Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay və Marakeş yığmaları 1/8 finala vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB