Almaniya millisi dünya çempionatı ilə VİDALAŞDI! - YENİLƏNİB

Almaniya millisi dünya çempionatı ilə VİDALAŞDI! - YENİLƏNİB

DÇ-2026-nın 1/16 final mərhələsində Almaniya və Paraqvay milli komandaları arasında keçirilən gərgin qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib. SİA xəbər verir ki, oyunun əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda Almaniyanın qolunu 54-cü dəqiqədə Kai Haverts, Paraqvayın qolunu isə 42-ci dəqiqədə Xulio Ensiso vurub.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında Paraqvay daha dəqiq oynayaraq 4:3 hesabı ilə qalib gəlib və DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəlib. Beləliklə, turnirin favoritlərindən sayılan Almaniya mundialla erkən vidalaşıb, Paraqvay isə növbəti mərhələyə adını yazdırıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə