İngilis klubunda həftədə 200 min funt sterlinq qazanır...

İngilis klubunda həftədə 200 min funt sterlinq qazanır...

“Nyukasl” Bruno Qimaraeslə yeni müqavilə imzalamağa hazırlaşır. “The Sun” nəşrinin məlumatına görə, İngiltərə klubu braziliyalı yarımmüdafiəçiyə 2030-cu ilə qədər nəzərdə tutulan yeni sözləşmə təklif edəcək. Müqaviləyə əsasən, futbolçunun həftəlik maaşı təxminən 200 min funt sterlinq olacaq.

Bildirilir ki, yeni müqavilə imzalanacağı halda Qimaraes “Nyukasl” tarixinin ən çox qazanan futbolçusuna çevriləcək. Klub rəhbərliyi bununla “Arsenal”ın marağına baxmayaraq komandanın kapitanını heyətdə saxlamağı planlaşdırır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə