İngiltərə və Xorvatiya millilərindən QƏLƏBƏ - (YENİLƏNİB)

İngiltərə və Xorvatiya millilərindən QƏLƏBƏ - (YENİLƏNİB)

Futbol üzrə dünya çempionatında İngiltərə Panamaya qalib gəlib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında avropalılar rəqibini 2:0 hesabı ilə üstələyiblər.

Qolları 62-ci dəqiqədə Cud Bellineqem, 67-ci dəqiqədə isə Harri Keyn vurub. Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla birinci sırada tamamlayıb.

***

Digər bir qarşılaşmada isə Xorvatiya Qana seçməsinə qalib gəlib. Filadelfiya stadionunda keçirilən L qrupunun III turunun matçı Avropa təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə tamamlanıb.

Xorvatiyada Petar Suçiç (31) və Nikola Vlaşiç (83) qol vuran futbolçular olublar. Afrikalıların heyətində isə Derik Lukasen (73) özündən söz etdirməyi bacarıb.

Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla ikinci sırada tamamlayıb. 4 xalı olan Qana isə dördüncü yerdə qərarlaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə