Dirk Kuyt yenidən "Fənərbaxça"da - bu dəfə məşqçi kimi...

Dirk Kuyt yenidən "Fənərbaxça"da - bu dəfə məşqçi kimi...

“Fənərbaxça”nın sabiq futbolçusu Dirk Kuyt baş məşqçi İsmayıl Kartalın köməkçisi təyin edilib. SİA xəbər verir ki, İstanbul klubu hollandiyalı mütəxəssisin yenidən komandaya qayıtması barədə məlumat yayıb. Bildirilir ki, futbolçu karyerası ərzində “Fənərbaxça”nın çempionluğunda böyük pay sahibi olan Kuyt bundan sonra İsmayıl Kartalın birinci köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Dirk Kuyt futbolçu kimi “Fənərbaxça”nın heyətində 130 oyunda 37 qol vurub, 28 məhsuldar ötürmə edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə