"Türk xalqından üzr istəyirəm" - Merih Demiraldan AÇIQLAMA

"Türk xalqından üzr istəyirəm" - Merih Demiraldan AÇIQLAMA

Türkiyə millisinin müdafiəçisi Merih Demiral DÇ-2026-da Paraqvaya məğlubiyyətdən sonra azarkeşlərə müraciət edib. Belə ki, qrup mərhələsinin 2-ci turunda 0:1 hesabı ilə uduzan Türkiyə yığması pley-off şansını itirib.

“Fotomac” nəşrinin yaydığı məlumata görə, Demiral matçdan sonra məyusluğunu ifadə edərək azarkeşlərdən üzr istəyib: “Çox təəssüflənirik. Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm. Nə deyəcəyimi bilmirəm, futbolda belə anlar olur. Bu, həyatımın ən xoşagəlməz matçı idi. Heç bir bəhanə yoxdur, bütün məsuliyyəti üzərimizə götürürük. Daha yaxşı oynaya bilərdik, amma bacarmadıq. Hamı çox məyusdur, amma hələ bir matçımız qalıb. Ümid edirəm ki, son matçda bunu düzəldəcəyik və xalqımızı sevindirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə