Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda beşinci qol vurulub. Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər yenidən hesabda irəli çıxıblar - 3:2.
47-ci dəqiqədə Cud Bellinqem fərqlənib.
***
Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk hissə bitib. Tərəflər fasiləyə bərabərliklə yollanıblar - 2:2. Xorvatiyanın heyətində 45+5-ci dəqiqədə Peter Musa "status-kvo"nu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.
***
Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda üçüncü qol vurulub. Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər yenidən hesabda irəli çıxıblar - 2:1.
42-ci dəqiqədə Harri Keyn dubl müəllifi olub.
***
Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ikinci qol vurulub. Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında xorvatlar hesaba tarazlıq gətiriblər- 1:1.
36-cı dəqiqədə Martin Baturina fərqlənib.
***
Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk qol vurulub. Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər hesabda irəli çıxıblar - 1:0.
12-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.
***
Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyunu başlayıb. L qrupunun I turunun matçı Dallas stadionunda keçirilir. Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB