Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunları keçiriləcək

Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu - XXXVI turunun oyunları keçiriləcək. SİA xəbər verir ki, "Şamaxı" "Qarabağ"ı, "Sabah" "Neftçi"ni qəbul edəcək. Matçlar müvafiq olaraq, saat 17:00 və 19:30-da başlayacaq.

Qeyd edək ki, turun açılış görüşündə "Sumqayıt" səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə