Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Serbiyalı məşhur raketka ustası Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq. SİA xəbər verir ki, Cokoviç Cenevrədə keçirilən ATP turnirinin yarımfinalında britaniyalı Kemeron Norriyə qalib gələrək finala yüksəlib. O, mayın 24-də turnirin finalında dünya 6-cısı polşalı peşəkar tennisçi Hubert Hurkaça qarşı mübarizə aparacaq.

37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə