Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti oyun baş tutub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti oyun baş tutub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. SİA-nın məlumatına görə, C qrupunun ll turunda İngiltərə və Macarıstan yığmaları üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

İngiltərə I turda Ukraynanı dörd cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb - 1:1.

C qrupunun Ukrayna - Türkiyə matçı bu gün saat 19:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə